Təsviri incəsənət, texnologiya, musiqi fənn metodbirləşməsinin iclası keçirildi.
14 sentyabr tarixində keçirilən iclasda metodbirləşmənin üzvləri– Pənahova Aybəniz, Əkbərova Təranə, Orucova Afət və tərbiyə işləri üzrə direktor müavini Quliyeva İlahə iştirak etdi.
Tərbiyə işləri üzrə direkor müavini Quliyeva İlahə çıxışında metodbirləşmənin təlim-tərbiyə prosesinin yaxşılaşdırılmasına, müəllimlərin elmi, pedaqoji, psixoloji səviyyələrinin daha da inkişaf etdirilməsinə müsbət təsirlərini qeyd etdi. Fənn müəllimlərinin ixtisaslarının artırılmasında elmi, metodik sahədə son nailiyyətlərin onlara çatdırılmasında təcrübəli bir müəllim kimi yetişdirilməsində metodbirləşmənin əhəmiyyətinin böyüklüyünü vurğuladı.
İclasda fənn metodbirləşmələrinin qarşısında duran vəzifələr, ümumilikdə fəaliyyət planı müzakirə edildi. Belə ki, Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və məktəb rəhbərliyinin verdiyi təlimat və göştərişlərin həyata kecirilməsinin vacibliyi vurğulandı. Eyni zamanda metodbirləşmənin keçən ilki fəaliyyəti ümumiləşdirilmiş şəkildə xarakterizə olunaraq uğurlar və nöqsanlar sadalandı, ayrı-ayrı müəllimlərin fəaliyyəti təhlil olundu, qarşıya qoyulan problemlərlə əlaqədar olaraq metodbirləşmənin yeni dərs ilində həyata keçirəcəyi vəzifələr müəyyənləşdirildi.
Metodbirləşmə sədri Pənahova A. perspektiv və gündəlik planlaşdırmanın tərtibi vəziyyəti, təsdiq edilməsi, standartların reallaşdırılması vəziyyəti, summativ qiymətləndirmənin məzmununun standartların tələbinə uyğun hazırlanması, vaxtında keçirilməsi, formativ qiymətləndirilmənin aparılmasına nəzarət və nəticələrin müzakirəsi mövzularına toxundu.
Yeni tədris ili üçün metodbirləşmə sədri və katibin seçilməsi, müəllimlər arasında vəzifə bölgüsündən danışıldı. Metodbirləşmə yığıncağı yekdilliklə qərara aldı ki, yeni dərs ili üçün m.b. sədri bu il də Pənahova Aybəniz, katibi isə Əkbərova Təranə təyin olunsun.