"Oriqami" Uşaq və Yeniyetmələrin İctimai birliyinin nümayəndələrinin iştirakı ilə seminar

"Oriqami" Uşaq və yeniyetmələrin İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə VIII və X sinif şagirdləri üçün müxtəlif mövzularda seminarlar keçirildi. Seminarda çıxış edən İctimai birliyin sədri Namiq Nəcəfov qeyd etdi ki, "Oriqami" Uşaq və Yeniyetmələrin İctimai Birliyi 2001-ci ildə uşaq və yeniyetmələrin eləcə də xüsusi qayğıya ehtiyacı olan 6-18 yaş arası uşaqların qabiliyyət və bacarığının artırılması, inkluziv təhsil, psixo-sosial reabilitasiyası və real həyata uzlaşması məqsədilə təsis edilmişdir. Məktəbdə keçirilən seminarlarda VIII sinif şagirdləri ilə "Sağlamlığında məhdudiyyəti olan şagirdlərin sosial inkişafı" layihəsi barədə söhbət aparıldı. X sinf şagirdləri ilə isə "Kreativ ideyalar" layihəsi barədə söhbətlər aparıldı. Sonda birliyin nümayəndələri şagirdlərə hədiyyələrini verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi