“Təbiəti yaşıla boyayaq” rəsm müsabiqəsində uğurumuz

   09 avqust 2022-ci il tarixində Xətai Sənət Mərkəzində Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında “Təbiəti yaşıla boyayaq” adlı rəsm sərgisi keçirilmişdir. 

Sərginin rəsmi hissəsində Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Elvin Orucov və aparıcı məsləhətçisi (gənclər sahəsi üzrə) Mamed Rzayev, sərgi iştirakçıları və valideyinlər iştirak etmişlər.

Daha sonra çıxış edənlər Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov bu cür sərgilərin keçirilməsinin gənclərin ekologiya və ətraf mühitlə bağlı marifləndirilməsi, istedadlı və yaradıcı gənclərin aşkar edilməsi və dəstəklənməsi baxımından mühim əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğulamışlar.

Çıxışlardan sonra sərgiyə baxış keçirilmişdir.

Tədbirin sonunda hər bir sərgi iştirakçısı diplomla mükafatlandırılmışdır.

Müsabiqədə məktəbimizin istedadlı şagirdləri- İ. Rəsul (9b), D.Səbinə (8b), A.Leyla (6ç) uğurla iştirak etmiş və diplomla təltif edilmişdir. Təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi