Məktəb rəhbərliyi və kollektivi Şəhid məzunun evinə baş çəkdi.
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə başda məktəbimizin direktoru Esmira Məmmədova olmaqla ,digər rəhbər işçilər,müəllimlər və şagirdlər məktəbimizin məzunu olmuş Şəhid Mahmudov İbrahim Ağagül oğlunun evini ziyarət etmişlər. Şəhidin ev muzeyi ilə tanış olaraq ailə üzvlərilə söhbət edib onunla bağlı xatirələri bölüşüblər. Dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə diqqət və qayğı göstərmək hər bir vətəndaşın mənəvi borcudur.