Peşə yönümü ilə bağlı görüş keçirildi
Məktəb rəhbərliyi və məktəbin peşəyönümü koordinatoru Əkbərova Təranənin təşkilatçılığı ilə Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 13 nömrəli Bakı Peşə Məktəbinin müəllimlərinin iştirakı ilə 9-cu sinif şagirdlərilə peşə yönümü ilə bağlı görüş keçirildi. Görüşdə məktəb direktoru Esmira Məmmədova şagirdlərə və müəllimlərə öz fikirlərini bildirdi. Müəllimlər peşə məktəbində mövcud olan müxtəlif ixtisaslarla bağlı məlumat verdilər və şagirdlərin suallarını cavablandırdılar. Qeydiyyatdan keçmək istəyən şagirdlər müəllimlərə müraciət etdilər.