""Uşaq Hüquqları aylığı" çərçivəsində məktəbdə görülən işlər

“20 oktyabr -20 noyabr Uşaq hüquqları aylığı ” ilə əlaqədar olaraq məktəbdə tədbirlər planı təşkil edilmişdir. Tədbirlər planına uyğun olaraq Uşaq Hüquqları anlayışını əks etdirən sərgi təşkil edilmişdir. “Mənim hüquqlarım “ mövzusunda siniflərdə söhbətlər aparılmış, disputlar keçirilmişdir. Şagirdlərin sağlamlıq və səhiyyə hüquqlarına malik olmasını nəzərə alaraq məktəbə təhkim olunmuş həkimin iştirakı ilə şagirdlərə səmərəli səhiyyə xidmətləri haqqında məlumat verilmişdir. Sinif təşkilat saatlarında uşaq hüquqları ilə bağlı şagirdlərə “Mənim hüquqlarım”, ”Sən hüquqularını bilirsənmi?” mövzularında sinif rəhbərləri tərəfindən söhbətlər aparılmışdır. Şagirdlərin istirahəti , asudə vaxtının səmərəli keçirilməsi baxımından onların muzeylərə və şəhərin gəzməli, görməli yerlərinə gəzintiləri nəzərdə tutulub. Məktəbin tərbiyə işləri üzrə direktor müavini və Uşaq birliyi təşkilatı rəhbəri ilə birgə “ 1989 cu ildə BMT-nin təşəbüssü ilə yaradılmış Uşaq Hüquqları Konvensiyasının iştirakçısı olan dövlətlər , onların əsas müddəaları, cəmiyyətin bütün üzvlərinin bərabər , ayrılmaz hüquqlarının tanınması haqqında ” mütamadi olaraq söhbətlər aparılır. “20 oktyabr- 20 noyabr Uşaq hüquqları aylığı ” çərçivəsində IV "B" sinfində açıq dərs keçirilmişdir. Dərsdə iştirak edən şagirdlər hüquqları ilə bağlı sorğu suallarda fəal iştirak edib. Müəllim Sadıqova Səltənət dərs zamanı şagirdlərə hüquq və vəzifələri ilə bağlı müddəaları açıqladı. Aylıq çərçivəsində valideynlərlə də uşaq hüquqlarının pozulması hallarına qarşı mütəmadi söhbətlər aparılır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi