Məkrəbin tibb bacısı ibtidai sinif şagirdləri ilə söhbətlər apardı

   Məktəbin tibb bacısı Zinyət Mirzəyeva 1-ci sinif şagirdlərilə şəxsi gigiyena mövzusunda maarifləndirici söhbətlər apardı. O qeyd etdi ki,şəxsi gigiyena qaydalarına əməl etmək hər birimiz üçün gündəlik vərdişə çevrilməlidir. Bu qaydaları yerinə yetirmək insanın özü üçün deyil, ətrafındakılar üçün də əhəmiyyətli dərəcədə vacibdir. Çünki gigiyena qaydalarına əməl etməyənlər bəzən yoluxucu xəstəliklərə tutulmaqla başqalarının da həyatını təhlükə qarşısında qoyurlar. Tibb bacısı uşaqlara hər gün üzünü, əlini, boynunu yumağı və dişlərini fırçaldırmağı tövsiyyə etdi.Əl və ayaq barmağındakı dırnaqların da xüsusi qayğıya ehtiyacı var. O həmçinin şəxsi gigiyenanın qorumağın bütün sinif şagirdlərinin sağlamlığı baxımdan əhəmiyyətli olduğunu vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi