Zəngilanın işğalı ilə bağlı IV "Ç" sinif şagirdləri Şəhidlər Xiyabanına ziyarət edib
Şagirdlərin vətənpərvər ruhda böyüdülməsi, onların daim maarifləndirilməsi, işğal olumuş torpaqlarımız haqqında məlumatlandırılması məqsədilə qarşıya qoyulmuş tədbirlər çərçivəsində 29.10.1993-ci ildə erməni seperatçıları tərəfindən işğal olunmuş Zəngilan rayonunun işğalının 23-cü ildönümü münasibətilə 108 nömrəli tam orta məktəbin IV "Ç" sinfi tərəfindən Şəhidlər Xiyabanında tədbir keçirilmişdir. Tədbirdə Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin sədri və nümayəndələri, Qarabağ Müharibəsinin veteran döyüşçüləri, şəhidlərin ailə üzvləri iştirak etmişdirlər. Tədbir iştirakçıların şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etməsi ilə başlanılmışdır. Şəhidlərin məzarları üzərinə qərənfillər qoyulmuş, müharibə mövzusundakı rəsm əsərləri sərgilənmişdir. Tədbir veteranların Zəngilan rayonu uğrunda gedən döyüşlər haqqındakı söhbətləri, çıxışları və şagirdlərin vətənpərvər şeirləri ilə yekunlaşmışdır.