Texnologiya aylığı çərçivəsində açıq dərs keçirildi
Martın 15-də məktəbin 7 “a” sinif şagirdlərinin (müəllim Rəcəbova Könül) iştirakı ilə texnologiya fənni üzrə “Novruz süfrəsi necə bəzədilir?” adlı açıq dərs keçirilib. Bu dərsin keçirilməsində əsas məqsədi milli adət-ənənələrimizi yaşatmaq, bayramda bişirilən milli şirniyytaların hazırlanması texnologiyasını gələcək nəsillərə çatdırmaqdan ibarət idi.
Dərsdə beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə edilib. Şagirdlər BİBÖ cədvəlində Novruz bayramı haqqqında bildikləri və öyrənmək istədikləri məlumatları qeyd ediblər. Onlar Novruz bayramında süfrəyə hansı yeməklər təqdim olunmalı, yeməklər necə hazırlanmalı və süfrə necə bəzənməlidi tədqiqat sualını araşdırmaq üçün qruplara ayrılıb araşdırma aparıblar. Dərsdə şəkərbura , paxlava və qoğalın hazırlanma texnologiyasına aid videoçarxlar nümayiş olunub.Novruz adət- ənənələri yada salınıb. Sonra şagirdlər Novruz süfrəsini bəzəyiblər. Dərs “Yallı” rəqsi ilə bitib.
Dərsin sonunda məktəbin direktoru Məmmədova Esmira, tərbiyə işləri üzrə direktor müavini Quliyeva İlahə şagirdləri bayram münasibətilə təbrik edib, şagirdlərə öz təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda xatirə şəkli çəkilib.