Texnologiya aylığı çərçivəsində "Kiçik ustadlar" adlı viktorina keçirildi.
Texnologiya və təsviri incəsənət aylığı çərçivəsində VI sinif şagirdləri arasında texnologiya müəllimi Rəcəbova Könülün təşkilatçılığı ilə «Kiçik ustadlar» adlı viktorina keçirildi.Viktorinanın keçirilməsində məqsəd şagirdlərin texnologiya fənninə aid biliklərini sistemləşdirmək, dünyagörüşünü artırmaq, birgəfəaliyyət və əməkdaşlıq bacarıqlarını formalaşdırmaq, müşahidə, diqqət, yaddaş və düşüncəni tərbiyə etməkdən ibarət idi. Komandalar verilmiş vaxt ərzində rebus, anaqram, atalar sözləri, tapmacalardan ibarət tapşırıqları yerinə yetirdilər. İkinci mərhələdə isə düymə tikmək və Novruz bayramının atributu olan yumurtaları bəzədilər. Bütün tapşırıqları vaxtında və düzgün yerinə yetirən komanda Texnoloqlar komandası (VI a sinfi) oldu. Sonda qalib komanda diplomla mükafatlandırıldı.