IV "Ç" sinfində "Dövlət orqanları" mövzusunda açıq dərs keçirilib.

19.10.2016-cı il tarixdə IV "Ç" sinif şagirdləri ilə Həyat bilgisi fənni üzrə “Dövlət orqanları” mövzusunda açıq dərs keçirilmişdir. Nümunəvi dərsdə məktəb müdiriyyəti və müəllim kollektivi iştirak etmişdir. Dərs yeni təlim üsullarından istifadə olunaraq hazırlanmış və şagirdlərin həm mövzu baxımından bilik və bacarıqlarının meydana çıxmasına, həm də onların İKT bacarıqlarının inkişafına xidmət edirdi. Şagirdlər dövlət orqanlarının adını sadalayır, onların fəaliyyətlərini bir-birindən fərqləndirir, həmçinin dövlət orqanlarının cəmiyyətin idarə olunmasındakı rolu haqqında fikirlərini sadə formada izah edirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi