"Azərbaycan Respublikasının Müstəqillik günü" qeyd edildi
Məktəbin VII b sinif şagirdləri Azərbaycanın Müstəqilliyinin 25-ci ildönümü münasibətilə tədbir hazırlamışdılar.Tədbir zamanı şagirdlər Azərbaycanın müstəqilliyə doğru gedən yolda keçdiyi çətinliklərdən, qazanılan müstəqilliyin qorunub saxlanılmasında rolu olan şəxsiyyətlər haqqında danışdılar.Onlar çıxışlarında qeyd etdilər ki, "Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat qat çətindir.Gərək sınaqlara hazır olasan , hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan.Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmə, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.Azərbaycan xalqı uzun illər istiqlal ideyasını özündə yaşatmışdır.1918-1920-ci illərdəki Xalq cümhuriyyəti bu ideyanın gerçəkləşdiyi qısa, amma tarixi əhəmiyyətli zaman kəsiyi idi."1991-ci ildə isə uzun uzadı qızğın müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqda Konstitutsiya aktı " qəbul olundu.Bununla da Azərbaycan tarixində yeni dövrün başlanğıcı oldu. Dövlət müstəqilliyi haqqında Konstitutsiya aktı 1991- ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan öz müstəqilliyini ümummilli lider H.Əliyevin qayıdışından sonra əldə etdi." Tədbir Azərbaycana həsr olunmuş mahnılar və şeirlərlə davam etdi.Tədbirdə iştirak edən məktəbin Tərbiyə işləri üzrə direktor müavini Hüseynova Rahilə müəllim sonda çıxış edərək şagirdlərə minnətdarlıq edərək bildirdi ki , Siz şagirdlər Azərbaycanın gələcəyisiz və bu əzab əziyyət bahasına qazanılan müstəqilliyi siz qoruyub saxlamalısız.