"Ana dilimizin keçmişi və bu günü" adlı dəyirmi masa keçirildi.

    Azərbaycan dili aylığı ilə əlaqədar "Ana dilimizin keçmişi və bu günü" adlı dəyirmi masa keçirildi. Dəyirmi masada Azərbaycan dili müəllimi Şəhla Qulamova , Tərbiyə işləri üzrə direktor müavini İlahə Quliyeva və kitabxanaçı Ofella Ələkbərova iştirak edirdi. Müəllimlər şagirdləri məlumatlandıraraq qeyd etdilər ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili istər qədimliyi, istərsə də özümlüyü və zənginliyi, ahəngdarlığı və rəngarəngliyi baxımından dünyanın seçkin dillərindən biri sayılır. Ana dilinin saflığını qorumaq, onu sevmək və sevdirmək hər bir Azərbaycan vətəndaşının borcudur. Şagirdlər də həmçinin Ana dilimizlə bağlı şeirlər səsləndirdilər və bu mövzu ilə bağlı söhbətlər apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi