Şagirdlərin "N" saylı hərbi hissənin aviabazasına ekskursiyası

           Məktəbin Çağırışaqədərki hərbi hazırlıq rəhbəri Kamran Əliyevin təşəbbüsü ilə şagirdlərdə hərbi vətənpərvlik hisslərinin, şagirdlərdə hərbi sahəyə marağın artırılması məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələri Komandanlığının razılığı əsasında şagirdlərin və məktəb heyətinin "N" saylı hərbi hissənin aviabazasına ekskursiya təşkil edildi. Ekskursiya zamanı şagirdlərə aviabaza barədə, təyyarələr və onların növləri barədə məlumatlandırıldılar. Qırıcı təyyarələr barədə videorolikə baxdılar. Şagirdləri maraqlandıran sualları cavablandırdılar. Sonda şagirdlərə qol nişanı hədiyyə edildi, məktəb rəhbərliyi və iştirak edən şəxsi heyətə fəxri fərman verildi. Bizə bu şəraiti yaratdığına görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Hərbi Hava Qüvvələri komandanlığına "N" saylı hərbi hissənin əməkdaşlarına və Hərbi rəhbərimiz Kamran Əliyevə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi