BEYNƏLXALQ RƏSM MÜSABİQƏSİNDƏ UĞURUMUZ

       Rusiyada keçirilən "МЫ И КОТЫ" (Biz və pişiklər) beynəlxalq yaradıcılıq müsabiqəsi bir qrup müasir rəssam və pedaqoq tərəfindən yaradılmışdır; 

Müsabiqənin məqsədi rəssamların yaradıcılıq fəaliyyətini təbliğ etmək və müasir incəsənəti populyarlaşdırmaq, rəssamların və gənc istedadların yaradıcı şəxsiyyətinə diqqəti cəlb etməkdir.

Müsabiqə onlayn formatda həyata keçirilib. Müsabiqədə iştirak edən 13 şagirdimizin rəsmləri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək, diploma layiq görülmüşdür: 

A.Aliyə (5a), M.Fəridə (10b), K.Yaqut (10a), N.Gülsüm (9b), İ.Rəsul (9b), H.Yegabə (9a), M.Rəhman (8b), D. Səbinə (8b), F.Sadil (8b), Ə.Nərgiz (8c), B.Bilal (7c), A.Leyla (6ç), A.Mədinə (6c).

Müsabiqənin təşkilatçısı: Snegir D. M., rəssam-müəllim, Rusiya Rəssamlar İttifaqının üzvü, “Art-Snegir” yaradıcılıq studiyasının rəhbəri Kurator: Miroshnikova I.N.

Müsabiqənin münsiflər heyətinin katibi: Novikova O.İ., rəssam.

Şagirdlərimizi təbrik edir, yaradıcılıq uğurları arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi