"5 Oktyabr Beynəlxalq Müəllimlər günü" ilə əlaqədar tədbir keçirildi

Dünyada gözəl nəcib peşələr çoxdu. Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə var-müəllimlik. Bütün sənət sahibləri seçdikləri sənətin sirlərini məhz müəllimlərdən öyrənirlər. 5 oktyabr nəinki respublikamızda bütün dünyada elm- bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqların -Müəllimlərin bayramıdı. Müdrik şəxslərdə müəllimlik barəsində gözəl kəlamlar söyləyiblər: "Dünyada hər şeyə qiymət verilə bilər, amma müəllimin əsərinə qiymət verilə bilməz."(Sokrat) Bu gün respublikanın bütün məktəblərində olduğu kimi məktəbimizdə də şagirdlər müəllim kollektivini hazırladıqları tədbirlərlə təbrik etdilər. VIII "A" və II "A" sinfinin şagirdləri tədbir zamanı qeyd etdilər ki,yer üzündə əmin -amanlığı bərqərar edəcək sehirli dəyənək anaların və müəllimlərin əlindədir. Müəllim ömrü həqiqətən bir çırağa bənzər.Sönənə qədər bilik dolu hərarətini şagirdlərin duyğularına, idrakına hopdurur. Müəllim ömrü bir aya bənzər. O şagirdin mənəvi dünyasındakı qaranlıqları öz işığı ilə əridir və nurlandırır. Dünyanın bu təlatümlü, gərgin, problemlərlə dolu bir zamanda səbr və təmkin göstərib böyüməkdə olan nəslin təlim- tərbiyəsi ilə elmin sirlərinə yiyələnməsində böyük şərəf və ləyaqət təcəssümü olan müəllimlərimizin bayramını təbrik edir, onlara can sağlığı işlərində bol- bol müvəffəqiyyətlər arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi