"Qış nağılı" adlı rəsm sərgisi təşkil edildi

     Məktəbimizin təsviri incəsənət müəllimi Pənahova Aybənizin təşkilatçılığı ilə xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə V-Xl sinif şagirdləri arasında qış mövzusunda geniş sərgi təşkil edildi. Sərgidə məktəbin istedadlı şagirdlərinin bir-birindən maraqlı, göz oxşayan kompozisiyaları sərgilənib. Şagirdlərin rəsmlərində qarlı qış mənzərələri, yeni il ab-havası uğurla əks etdirilmişdir.
‌Sərgidə VIII b sinif şagirdi Darışova Səbinənin rəsm işlərindən ibarət xüsusi guşə yaradılıb. Səbinənin müxtəlif texnikalarda mövzu üzrə sərbəst yaratdığı kompozisiyalar nümayiş etdirilib. Səbinənin rəsmlərində yeni il atributları, qış fəslinin soyuq koloriti, mövzu ilə kompozisiyanın vəhdəti uğurla yaradılmışdır.
‌ Ümümilikdə sərgi məktəb kollektivi və şagirdlər tərəfindən böyük rəğbətlə qarşılanıb. 
‌Şagirdlərimizə uğurlar arzulayırıq
!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi