Müəllimimiz Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edildi.

         Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çalışan bir qrup təhsil işçisinin təltifləri təqdim edilib.

Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər. Xüsusi missiya daşıyıcısı olan müəllimin üzərinə düşən vəzifələrin məsuliyyətindən söz açan BŞTİ-nin müdiri Mehriban Vəliyeva təhsilin inkişafındakı xidmətlərinə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin təltif olunan müəllimlərini təbrik edib.

Daha sonra uğurlarına və səmərəli fəaliyyətinə görə fərqlənən təhsil işçilərinə, eləcə də Vətən Müharibəsində iştirak edən qazi müəllimlərə Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı təqdim olunub. 

Məktəbin qabaqcıl Azərbaycan dili və ədəbiyyat müəllimi Süleymanova Rəna Ziyafət qızı da bu tədbirdə iştirak etmiş və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə,həmçinin 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur. Məktəb rəhbərliyi və kollektivi adından Rəna müəllimi ürəkdən təbrik edir, uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM