Məktəbdə "Bilik günü " keçirildi

15 Sentyabr bütün respublika üzrə "Bilik günü" nü qeyd edir. Bu gün məktəbə ilk qədəmlərini qoyan şagirdlər üçün səbirsizliklə gözlənilən bir gündür. Bu gündən etibarən onlar hərfləri öyrənəcək, kitablar oxuyacaq, elmin sirlərinə yiyələnəcəklər. Bu gündən etibarən ilk zəngin səsiylə məktəb həyatına qədəm qoyurlar. Balaca fidanların əlindən tutaraq onlara elmin sirlərini öyrədən müəllimlər onlara böyük qayğıyla yanaşaraq siniflərdə yerləşdirdilər. Kimisi ağlıyır , kimisidə məktəbə gəldiyi üçün sevinirdi. "Bilik günü" bütün təhsil sahəsində çalışan işçilər üçün əlamətdar bir gündür. Bu əlamətdar gün münasibətilə bütün təhsil işçilərini təbrik edirik, onlara bu şərəfli və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi