«QEYRİ-STANDART TERAPİYA»​ layihəsinin 4-cü təlimi keçirildi

             Art terapiyanın 4-cü günündə musiqi​ terapiyası keçirildi.​

Təlimin giriş hissəsində​ psixoloq İlahə Dadaşova uşaqlarla musiqi terapiyası ilə art terapiyanın birləşməsindən ibarət olan oyun texnikasından​ istifadə etdi. Bu texnika vasitəsilə emosional katarsiz olunma təmin edildi, eləcə də uşaqlar musiqi vasitəsilə relaksasiya olundu.​

  Terapiyanın əsas hissəsində Musiqili Teatrın xor artisti,​ musiqi müəllimi Afət Orucova və gitara​ müəllimi, gənc​ müğənni, yerli və beynəlxalq layihələrin təlimçisi​ Cəlal Cahangirov (Cəlal Baba)​ şagirdlərə müxtəlif musiqi nömrələri və mahnılar ifa etdilər. Uşaqların​ əhvallarını yüksəldərək​ həmin andakı duyğu və emosiyalarını sərbəst şəkildə hiss etmələrinə səbəb oldular.​ Musiqi ağrı hisslərini azaltmaq, əzələ tonusunu bərpa etmək, ümumi psixi-emosional tonusu artırmaq imkanına şərait yaratdığı üçün şagirdlərlə birlikdə müxtəlif mahnılar da ifa etdilər.​ Musiqi terapiyası​ dincəlmək, qeyri-müəyyənliyi və narahatlığı aradan qaldırmaq üçün fəal şəkildə istifadə olundu.​ ​

Terapiyanın sonunda layihə rəhbəri Aybəniz Pənahova şagirdləri​ sertifikatlarla təltif etdi.​

Qeyd edək ki, layihənin məqsədi 15 nəfər valideyn himayəsindən məhrum olmuş uşaqlarla art terapiyanın keçirilməsi və onların əylənərək problemlərinin həll olunmasını, aqressiya, narahatlıqlardan azad olub daha uyumlu olmasını, qabiliyyət və bacarıqlarının kəşf edilməsini, sosial adaptasiyanın artılıması, onlar üçün maneəsiz yaradıcı mühit yaratmaqdan ibarətdir.​

Art terapiyalarda Bakı şəhərində yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin 8-12 yaş qrupuna daxil olan 15 şagirdi iştirak edib. Layihə ərzində 4 gün art terapiyalar (rəsm, oyun, gil, musiqi)​ keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi