QEYRİ-STANDART TERAPİYA» layihəsinin 3-cü təlimi keçirildi.

           Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsində qalib olan “QEYRİ-STANDART TERAPİYA” layihəsi çərçivəsində 30.10.2021-ci il tarixində gil terapiyası keçirildi.

Art terapiyanın 3-cü günündə şagirdlər gildən istifadə edərək hazırlanan müxtəlif fiqurları rəngləyərək, eləcə də daş tozundan müxtəlif formalı qəliblər vasitəsilə kiçik fiqurların hazırlanmasını öyrəndilər. Təlimçi, keramika üzrə rəssam, müəllim Aytən Dadaşova şagirdlərə gil texnikasının özünəməxsus xüsusiyyətlərini, digər texnikalardan fərqlənən əsas cəhətlərinin izah etdi. Terapiya zamanı şagirdlərdə müxtəlif gil fiqur nümunəsi üzərində işləmək və qəlib nümunələri vasitəsilə daş tozdan kiçik fiqurlar hazırlamaq bacarıqları formalaşdırıldı. Gil - ruhumuzu qidalandırmağa və sakitləşdirməyə qadir bənzərsiz materialdır. Gilə əl ilə təmas edən uşaqlar daxilən sakitləşməklə yanaşı lövhə üzərində sərbəst fiqurlar da hazırladılar, sonra psixoloq İlahə Dadaşova ilə birgə fiqurları düzəldən zaman hiss etdikləri analiz edildi. Bu da onların “mən” konsepsiyasının pozitiv inkişafına təsir göstərərək özünü qəbullanmada çox böyük rol oynadı. 

Qeyd edək, Aybəniz Pənahovanın rəhbəri olduğu layihənin sonuncu- 4cü günü musiqi terapiyasına həsr olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi