“QEYRİ-STANDART TERAPİYA”​ layihəsi çərçivəsində art terapiyalara start​ verildi

             Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsində qalib olan “QEYRİ-STANDART TERAPİYA” layihəsi çərçivəsində keçiriləcək art terapiyalara start verildi. Layihənin məqsədi 15 nəfər valideyn himayəsindən məhrum olmuş uşaqlarla art terapiyanın keçirilməsi və onların əylənərək problemlərinin həll olunmasını, aqressiya, narahatlıqlardan azad olub daha uyumlu olmasını, qabiliyyət və bacarıqlarının kəşf edilməsini, sosial adaptasiyanın artılıması, onlar üçün maneəsiz yaradıcı mühit yaratmaqdan ibarətdir. Art terapiyalarda Bakı şəhərində yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin 15 şagirdi iştirak edir. Layihə ərzində 4 gün art terapiyaların keçirilməsi nəzərdə tutulub.
Art terapiyanın 1-ci günündə psixoloq Şəbnəm Əlizadə uşaqlarla psixodiaqnostik test metodundan istifadə edərək hər bir uşağın daxili aləmi, onu narahat edən problemlər haqqında məlumat əldə etdi, eləcə də fərdi problem sahəsi müəyyən edildi. Layihə rəhbəri 108 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Aybəniz Pənahova şagirdlərlə izoterapiya keçirdi. İzoterapiya zamanı uşaqlar rəsm çəkərək öz həyacanlarını, düşüncələrini, qorxularını asanlıqla əks etdirdilər. Onların psixoloji, emosional və fiziki vəziyyətlərinə təsir edən rənglərin vasitəsilə müxtəlif janrlarda bir-birindən maraqlı əsərlər yaratdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi