Məktəbda yaradılan "Kiçik Akademiya"nın yekun iclası keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2015-2016 tədris ilinin Fəaliyyət planına əsasən məktəbdə yaradılan "Kiçik Akademiyanın" yekun iclası keçirildi. 07.06-10.06.2016-cı il tarixlərində keçirilən iclaslarda şagirdlər hazırladıqları materialları təqdim etdilər. 07.06.2016-cı il tarixdə "Kiçik Akademiya"nın üzvləri Tarix, Coğrafiya, Biologiya fənləri üzrə hazırladı materialları təqdim etdilər. 08.06.2016-cı il tarixində Fizika , Riyaziyyat, Texnologiya, Təsviri incəsənət fənlərindən mövzuların təqdimatı oldu. 09.06.2016-cı il tarixində Azərbaycan dili və ədəbiyyat , Fiziki tərbiyə, Kimya fənləri üzrə mözvuların təqdimatı oldu. Fizika fənni üzrə VIII "B" sinif şagirdi Məmmədova Ülkər "İstilik mühərrikləri haqqında" slaydını təqdim edərək mövzu haqqında geniş məlumat verdi. Təsviri incəsənət fənni üzrə akademiyanın üzvləri maraqlı rəsm əsərləri təqdim etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi