Qeyri-standart terapiya layihəsinin seçim turu keçirilib.

          Təhsil Nazirliyinin V qrant müsabiqəsinin qalibi olan "Qeyri-standart terapiya" layihəsinin seçim turu keçirilib.

Seçim turunda Bakı şəhəri, Sabunçu rayonunda yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin şagirdləri iştirak etmişdir. Seçim turunu layihə rəhbəri Pənahova Aybəniz diaqnostik qiymətləndirməyə əsasən həyata keçirmiş, şagirdlərin ilkin bilik bacarıq və psixoloji vəziyyətlərini təyin etmək məqsədilə proyektiv metoddan istifadə etmişdir.

Qeyd edək ki, layihənin məqsədi 15 nəfər valideyn himayəsindən məhrum olmuş uşaqlarla art terapiyanın keçirilməsi və onların əylənərək problemlərinin həll olunmasını, aqressiya, narahatlıqlardan azad olub daha uyumlu olmasını, qabiliyyət və bacarıqlarının kəşf edilməsini, sosial adaptasiyanın artırılması, onlar üçün maneəsiz yaradıcı mühit yaratmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi