Məktəbdə keçirilən "Ədəbiyyat aylığı"nın yekunu

May ayı məktəbdə "Ədəbiyyat aylığı" olaraq qeyd edildi. Aylıq ərzində məktəbdə bir sıra tədbirlər həyata keçirildi. "Ana dilimizi sevək və qoruyaq " mövzusunda inşa yazı müsabiqəsi keçirildi və yazılan inşa yazıları sərgi şəkilində şagirdlərə təqdim edildi. "Ana dili haqqında qısa tarix" adlı divar qəzeti, Azərbaycanın görkəmli şair və yazılıarından bir neçəsi haqqında bülletenlər hazırlanmışdır. "Poeziya inciləri" adlı şeir müsabiqəsi keçirildi. Müsabiqədə qalib gələn şagirdlər məktəb kollektivi tərəfindən rəğbətləndilrildi. Şair və yazıçılarımızın portret şəkillərindən ibarət şəkil sərgisi hazırlandı və şagirdlərin hazırladıqları slaydlar nümayiş etdirildi. Aylıq çərçivəsində məktəbin dil-ədəbiyyat müəllimləri İbrahimxəlilova Aynurə və Qulamova Şəhla açıq dərslər təşkil etmişdirlər. IX siniflər arasında Ana dilimizə həsr olunan "Bilik yarışı" keçirildi. Mütaliə vərdişlərini artırmaq məqsədilə yeni çap olunmuş əsərlərlə şagirdləri tanış etmək üçün qəsəbədə yerləşən M.S.Ordubadi adına kütləvi kitabxanaya şagirdlərin ekskursiyası təşkil edilmişdir. V,VI,VII sinif şagirdləri ilə müxtəlif əyləncəli oyunlar və bilik yarışları təşkil edilmişdir. İstedadlı şagirdlər bədii əsərlərdən monoloqlar hazırlayaraq tədbir zamanı çıxış ediblər. Məktəbin fəal şagirdlərinin iştirakı ilə may ayının 18-də Ədəbiyyat muzeyinə şagirdlərin ekskursiyası təşkil edilmişdir. "Ədəbiyyat aylığı"nın yekununda " Ədəbiyyatımız -milli sərvətimiz, Ana dilimiz -qürur mənbəyimiz" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə şagirdlər Azərbaycan dilinin zənginliyindən, gözəlliyindən, bu dildə şairlərin yaratdığı əsrarəngiz əsərlərdən şerlərdən nümunələr göstərdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi