Üzeyir Hacıbəyovun 136-cı ildönümü münasibətilə KA konfransı keçirildi.

       Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən Üzeyir Hacıbəyovun 136-cı ildönümü münasibətilə "Üzeyir Hacıbəyov: Milli musiqimizin beşiyi - Şuşa" adlı elmi-praktiki konfrans keçirildi.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.
Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev çıxış edərək konfrans haqqında ümumi məlumat verdi.
Konfransın gündəliyinə əsasən çıxış üçün ilk söz Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Əməkdar incəsənət xadimi, ADMİU-nun kinoşünaslıq və bədii yaradıcılıq kafedrasının müdiri, professor Əli Əmirliyə verildi. Ə.Əmirli Ü.Hacıbəyovun dramaturgiyası, yaradıcılığı, ev muzeyi,  büstünün Şuşada Ali Baş Komandan tərəfindən yenidən təmir olunaraq qoyulması haqqında ətraflı məlumat verdi. 
Elmi-praktiki konfransda 150-ə yaxın şəxs iştirak edirdi. İştirak edən şəxslər arasında məktəb rəhbərləri, KA rəhbərləri, müəllimlər və şagirdlər idi. Məktəbimizdən Musiqi müəllimi, həmçinin KA sədri Orucova Afət də bu konfransda iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi