"Diqqət işıqfor" layihəsi əsasında şagirdlərin hazırladıqları səhnəcik
03.06.2016-cı il tarixdə III"C" sinfində sinif təşkilat saatında "Yol hərəkəti qaydaları" mövzusunda söhbət aparıldı. Şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verildi. Şagirdlər işıqfordakı işıqların mənası, müxtəlif yol hərəkəti işarələrinin, piyadalara verdiyi istiqamətlərlə məlumatlandırıldılar. Daha sonra isə məktəbin ərazisində təşkil olunmuş "Diqqət işıqfor" adlanan guşədə şagirdlər öyrəndikləri qaydaları əyani vəsaitlərin köməyi ilə praktik şəkildə tətbiq etdilər və daha da möhkəmləndirdilər. Məktəb rəhbərliyi və sinif rəhbəri tərəfindən təşkil olunmuş bu layihə uğurla həyata keçirildi,valideyn və şagirdlər tərəfindən razılıqla qarşılandı.