Məktəbdə "28 May Respublika günü"nə həsr edilən tədbir keçirilib

26.05.2016-cı il tarixdə məktəbin III "Ç" sinif şagirdləri "28 May Respublika günü" münasbəti ilə tədbir hazırlamışdılar. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Şagirdlər Azərbaycanı vəsf edən gözəl şeirlər söylədi, mahnılar, rəqslər ifa etdilər. Onlar çıxışlarında qeyd etdi ki, Azərbaycan qərinələrin o tayından boy göstərən, yeri uca dağ zirvəsində olan gözəl diyardır. Keçmişinə baxıb qürur duyduğum, bu günümə baxıb sevindiyim, gələcəyim üçün çırpındığım əvvəli beşiyim sonu məzarım olacaq Vətənim! 28 May tariximizə Respublika günü kimi daxil olub.1918-ci il mayın 28-də İstiqlal bəyannaməsində Azərbycanın müstəqil dövlət olduğu elan edildi. Əldə olunmuş bu azadlıq xalqımızın böyük mübarizəsinin onun böyük oğlu Məhəmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. Azərbaycan Cümhuriyyəti dövründə Azərbaycanın Milli Ordusu yaradıldı, Azərbaycan dili dövlət dili elan edildi. Təəssüflər olsun ki, uzun mübarizədən sonra bərpa edilmiş müstəqillik tezliklə itirildi. 1920-ci ilin aprelin 27-də müstəqilliyimizə son qoyuldu. Düz 70 ildən sonra 1991-ci ildə yenidən mütəqiliyimiz əldə olundu. 1991-ci ildən Respublika günü- dövlət müstəqilliyinin bərpa edilməsi günü- dövlət bayramı kimi qeyd olunur. Sonda məktəbin direktoru Mehtiyeva Narınc xanım çıxış edərək Azərbaycanın müstəqilliyi uğrunda keçdiyi keşməkeşli yollardan danışdı və qeyd etdi ki, biz çox xöşbəxtik ki, Azərbaycan kimi güçlü, qüdrətli müstəqil bir dövlətdə yaşayırıq və buranın vətəndaşlarıyıq. Bundan sonra dövlətimizin müstəqilliyini qoruyub saxlamaq bizlərin əlindədir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi