Şagirdlərimiz Qurtuluş gününə həsr olunmuş plenerdə iştirak edib

          “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş uşaqlar üçün növbəti plener baş tutdu. Plenerdə məktəbimizin 10 b sinif şagirdi Yusifova Nigar ,9 a sinif şagirdi Kəlpiyeva Yaqut, 8 a sinif şagirdi Həsənli Yeganə,10b sinif şagirdi Aslanova Vüsalə, 11a sinif şagirdi Quluzadə Fatimə də uğurla iştirak etmişdir. “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində keçirilən plenerlər rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq, həmçinin şəhər sakinləri və şəhərimizin qonaqlarının təsviri sənətə olan marağının artmasına xidmət edir. Plener Xətai Sənət Mərkəzinin qarşısında keçirildi və tədbirin sonunda iştirakçılar sertifikatla təltif olundular. 

Şagirdlərimi təbrik edir uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi