"Qurtuluşdan Zəfərə gedən yol" adlı elmi-praktiki konfrans keçirilmişdir.

       11.06.2021-ci il tarixində Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Tarix kafedraları üzrə "Qurtuluşdan Zəfərə gedən yol" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Daha sonra Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev çıxış edərək, elmi-praktiki konfrans haqqında ümumi məlumat vermişdir. Ardınca elmi-praktiki konfransın gündəliyinə əsasən müxtəlif məktəb şagirdləri hazırladıqları təqdimatlar, elmi-məqalələr ilə mövzu ətrafında çıxış etdilər. Çıxışlar "Qurtuluş - Heydər Əliyev", "Ümummilli lider və Zəfərə gedən yol" , "Qurtuluş və İlham Əliyev" mövzularına əsasən baş tutmuşdur. Konfransda məktəbimizin bu il buraxılış imtahanlarından ən çox bal toplayan şagirdləri Məmmədova Samirə Sabir qızı (222.3 bal) və Məhərrəmova Ayna Mirzəkişi qızı (244 bal) da iştirak etdilər və diplom ilə mükafatlandırıldılar.Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin "Gənclərə verilən dəstək ", "Savadlı kadrların stimullaşdırılması" siyasətini əsas tutaraq buraxılış imtahanlarında yüksək bal toplamış və "Kiçik Akademiya"ların işlərində fərqlənən şagirdlərin stimullaşdırılması məqsədilə təltif edilmiş şagirdlər haqqında təqdimat nümayiş olunmuşdur. Elmi-praktiki konfransda 150-ə yaxın şagird, müəllim, KA rəhbələri və məktəb rəhbərləri iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi