II-XI siniflər üzrə Summativ qiymətləndirmələr əyani formada keçirilir
Mövcud pandemiya şəraiti ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən ümumi təhsil müəssisələrinin II-XI siniflərində bütün fənlər üzrə summativ qiymətləndirmə, fənni tədris edən müəllimlər tərəfindən əyani formada aparılır. Summativ qiymətləndirmədə test,inşa,çalışma,yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunmuşdur. 45-90 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik balları və qiymətləri hesab olunur. Summativ qiymətləndirmələr "İmtahanlar zamanı koronavirus infeksiyasının (Covid-19) profilaktikasına dair metodiki göstərişlər" nəzərə alınaraq təşkil olunmuşdur.