QARABAĞ XALÇALARI ADLI DƏYİRMİ MASA KEÇİRİLDİ

         Təsviri incəsənət aylığı çərçivəsində "Qarabağ xalçaları" mövzusunda dəyirmi masa keçirildi. Təsviri incəsənət müəllimi Pənahova Aybənizin rəhbərliyi ilə təşkil olunan dəyirmi masada Qarabağ xalçaları, onların özünəməxsus xüsusiyyətləri, digər xalçalardan fərqləndirən əsas cəhətləri, tarixi və inkişafı ətraflı müzakirə edildi. Belə ki, müxtəlif siniflər üzrə şagirdlərin - Ə.Məsumə (5ç), A.Leyla (5ç), F.Nigar (5ç), M.Mədinə(5c), A.Mədinə (5c), C.Nihat (7b), D.Səbinə (7b), B.Nərgiz (7b), Q.Canpolad (8c), A.Samirə (9a) hazırladıqları bir-birindən maraqlı və maarifləndirici video təqdimatlar nümayiş etdirildi. Təqdimatlarda Qarabağın məşhur xalçaları- "Malıbəyli", "Çələbi", "Qasımuşağı" və s., eləcə də Şuşa və Çəbrayıl xalça qruplarının, xovlu və xovsuz xalçaların xüsusiyyətləri izah edildi.

Şagirdlər nəzəri məlumatlarla yanaşı, praktik olaraq təsvir etdikləri xovlu və xovsuz xalça nümunələrini, buta və digər ornamentlərdən ibarət kompozisiyaları da təqdim etdilər. Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Günay Adnayeva, tarix müəllimi Aynur Abbasova da iştirak etmiş, uşaqların çıxışlarına müsbət fikir bildirmişlər.

https://youtu.be/N9eq-BVLzHM

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi