Ibtidai siniflərdə məktəbdaxili monitorinq
Məktəbimizdə müntəzəm olaraq ibtidai siniflərdə monitorinq keçirilir. Ibtidai siniflər üzrə metodbirləşmə sədri Aynur Aslanova, metodbirləşmə katibi Fidan Məmmədova, Təlim tərbiyə işləri üzrə direktor müavini Günay Adnayeva və UBT rəhbəri İlahə Quliyeva mart ayında II,III, IV siniflər üzrə hər iki yarımqrupda keçirilən test və açıq suallardan ibarət olan monitorinqin nəticələrini qənaətbəxş hesab etdilər. II siniflərdə oxu və yazı texnikası, oxu sürəti yoxlanıldı, imla yazı yazdırılaraq nəticələr bəlli oldu.