Texnologiya aylığı çərçivəsində əl işlərindən ibarət sərgi təşkil edildi

 

       Aylıq çərçivəsində texnologiya müəllimləri Pənahova Aybəniz və Əkbərova Təranənin əl işlərindən ibarət maraqlı sərgi təşkil edilmişdir. Sərginin mövzusu Qarabağda baharın gəlişinə həsr edildi. Qarabağın məşhur abidələri, novruz atributları maraqlı irihəcmli kompozisiyalar şəklində nümayiş etdirilmişdir. Belə ki, sərgidə Aybəniz müəllimin Novruzun gəlişi münasibətilə hazırladığı səməni, bahar qızı maketləri, eləcə də Təranə müəllimin hazırladığı Novruz xonçası, "Şuşa qalası", "Əsgəran qalası", "Xudafərin körpüsü", "Ağdam cümə məscidi", Laçının "Malik Əjdər türbəsi" maketləri sərgilənmişdir. Maketlərin hazırlanmasında karton, rəngli kağızlar, termo kley, ağac budaqları, xəmir, akvarel, qazon və s. materiallardan istifadə edilib. Sərgi məktəb kollektivi tərəfindən bəyənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi