“Daha yaxşı təhsil üçün psixoloji xidmətlərin təşkili və tərəfdaşlıq” mövzusunda vebinar
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə IV qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olmuş “Məktəbdə səmərəli psixoloji xidmət” layihəsinin yekunu olaraq “Daha yaxşı təhsil üçün psixoloji xidmətlərin təşkili və tərəfdaşlıq” mövzusunda vebinar təşkil edilib. Layihə rəhbəri məktəbimizin ibtidai sinif müəllimi Əzət Dadaşova tədbiri açaraq qonaqları salamlayıb, ona yaradılan şəraitə görə Təhsil Nazirliyinə təşəkkür etdi və “Məktəbdə səmərəli psixoloji xidmət” layihəsinin məqsədi, layihə çərçivəsində görülən işlərlə bağlı qonaqlara məlumat verdi. Təlimə qatılan qonaqlar İctimai Səhiyyə mütəxəssisi Şəhla Mirzəzadə, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, Təhsil eksperti Elçin Sərdarov, 255 nömrəli tam orta məktəbin direktoru Məmmədova Mətanət,75 nömrəli tam orta məktəbin direktoru Bayramova Həqiqət, "Yeni Həyat" Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova və digər təlim iştirakçıları layihə ilə bağlı öz təəssüratlarını bölüşdülər. Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib, həmçinin layihə çərçivəsində çap olunan buklet və kitabçalarla təmin olunublar. Tədbirin sonunda iştirakçılar aktual və vacib mövzunun dəstəkləndiyinə, bu istiqamətdə işlər görüldüyünə, gənc müəllimlərə etimad göstərilib onların stimullaşdırıldığına görə Təhsil Naziliyinə təşəkkürlərini bildiriblər.