Xocalı soyqırımına həsr edilən sərgi təşkil edilib
XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə məktəbin V-IX sinif şagirdlərinin rəsm işlərindən ibarət sərgi təşkil edilib. Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan əsərlərdə daha çox həmrəylik, əzmkarlıq, vətən sevgisi, azadlıq hisslərinin təsviri, eləcə də soyqırımı əks etdirən səhnələr təsvir edilmişdir. Təsviri incəsənət müəllimi Pənahova Aybəniz şagirdlərin mövzu üzrə yaratdığı kompozisiyaları yüksək qiymətləndirmiş və sərginin məqsədinin Xocalı faciəsinin qurbanlarını ehtiramla yad etmək, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq və istedadlı şagirdlərin yaradıcılıq potensiallarını üzə çıxarmaqdan ibarət olduğunu qeyd etmişdir.