"18 May Beynəlxalq Muzeylər günü" münasibətilə şagirdlərin muzeylərə ekskursiyası təşkil olunub

"18 may Beynəlxalq Muzeylər Günü" münasibətilə şagirdlərin muzeylərə ekskursiyası təşkil olunub. Tarix muzeyinə ekskursiya zamanı məktəbin tarix müəllimi Abbasova Aynur şagirdləri eksponatlarla tanış etdi və onlar haqqında məlumat verdi. Şagirdlər bilmədiklrəri məlumatları öyrənərək tariximizi yenidən yaşamış oldular. Sonra Atəşgah məbəd kompleksinə ekskursiyaya getdilər. Orada kompleksi gəzərək otaqlarla tanış oldular. Bələdçi atəşpərəstlik haqqında, Azərbaycanda atəşpərəstliyin yaranma tarixi, Zərdüştlük dini barədə şagirdlərə məlumat verdi. Otaqlarda olan eksponatlarla bağlı şərh verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi