"Cənab İlham Əliyevin uğurlu siyasəti" mövzusunda dəyirmi masa təşkil edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının doğum günü münasibətilə məktəbin Tarix müəllimləri Abbasova Aynur və Rzayev Əhəd V-IX siniflərlə "İlham Əliyevin uğurlu siyasəti" mövzusunda dəyirmi masa təşkil etdilər. İlk əvvəl məktəbin direktoru Esmira Məmmədova çıxış edərək Cənab İlham Əliyevlə bağlı öz fikirlərini bildirərək onun rəşadətindən, təhsilə qoyduğu sərmayələrdən, qayğıdan söhbət açdı. Həmçinin Dəyirmi masada Ulu öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirməyindən, onun təhsili, həyat yolu, həmçinin beynəlxalq münasibətlər tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasətçi kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanmağından danışıldı. Müəllimlər qetd etdilər ki, Cənab İlham Əliyevin 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Müzəffər Milli Ordumuz tərəfindən aparılan 44 günlük müharibə öz uğurlu nəticəsi yalnız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə baş tutması, onun nümayiş etdirdiyi qətiyyətli mövqe, beynəlxalq mediaya verilən sərrast və dürüst açıqlamalar, Ordumuzun göstərdiyi şücaət, üstün döyüş qabiliyyətinin necə erməni xalqının iradəsini sındırdığından bəhs etdilər. Sonda Ali Baş Komandanın həyat yolu və uğurlu siyasətindən bəhs edilən videoçarx nümayiş olundu.