Buraxılış fənləri üzrə fənn müəllimlərinin onlayn iclası keçirildi.
Məktəbin IX sinifləri üzrə zəif oxuyan şagirdlərlə işlərin aparılması, şagirdlərin nailiyyətlərinin yüksəldilməsi istiqamətində görüləcək işlər barədə məktəb rəhbərliyinin həmin siniflərin sinif rəhbərləri və buraxılış fənləri üzrə fənn müəllimlərinin onlayn iclası keçirildi. Zəif oxuyan şagirdlərin nailiyyətlərinin yüksəldilməsi məqsədilə görüləcək tədbirlər, valideynlərin məlumatlandırılması, zəif oxuyan şagirdlərin dərslərə mütəmadi cəlb edilməsi iclasın vacib məsələlərindən idi. İclasda müzakirələr aparıldı təkliflər verildi.