"Qarabağın işğaldan azad olunan tarixi abidələri" mövzusunda şagirdlərlə onlayn konfrans
16.12.2020 ci il tarixində Tarix müəllimi Abbasova Aynurun təşkilatçılığı ilə "Qarabağın işğaldan azad olunan tarixi abidələri" mövzusunda 8b sinif şagirdləri ilə onlayn konfrans keçirildi. Konfransda Hüseynov Əli, Balakişiyev Nihad, Nağıyeva Gülsüm çıxış edərək tarixi abidələr haqqında məlumatlar verdilər. Abidələrin tarixi, işğal dövründə onların erməni vandalizminə məruz qalması, abidələrin müasir vəziyyəti, gələcəkdə onların qorunmasının vacibliyi haqqında danışıldı.