" Biz Zəfər çaldıq" adlı onlayn dəyirmi masa keçirildi
05.12.2020-ci il tarixində Tarix müəllimi Abbasova Aynurun rəhbərliyi altında 9c sinfi ilə "Biz Zəfər çaldıq" adlı onlayn dəyirmi masa keçirildi. Dəyirmi masada 9c sinif şagirdi Sadıqova Məşədxanım 2-ci Qarabağ müharibəsinın başlanması haqqında danışdı. Rzaquliyeva Zəhra işğal zamanı Bərdə, Gəncə və Tərtərdə dinc əhaliyə qarşı törədilən qırğınlardan bəhs etdi. Xudaşzadə Polad isə müharibənin gedişatında azad olunan kəndlərimiz, rayonlarımız haqqında məlumat verdi. Abbasov Xəyal müharibənin yekunlarından, Moskva müqaviləsinin imzalanmasından danışdı. Şagirdlər müharibə dövründə hörmətli prezidentimiz İlham Əliyev cənablarının qətiyyətini, əzmkarlığını, çıxışlarındakı ruh yüksəkliyini yüksək qiymətləndirdilər.