Ağdam bizimdir!
20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil oldu və Ağdam şəhərinin işğalına son qoyuldu. 4a, 6b və 8ç sinif şagirdləri erməni vandalizminin qurbanı olan Ağdam rayonunun işğaldan azad olunması ilə əlaqədar təqdimat hazırlayaraq bir daha sübut etdi ki, Vətən torpağı bölünməzdir! Ali Baş Komandan İlham Əliyevin dediyi kimi "Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir!”