"Qarabağa böyük qayıdış" adlı rəsm sərgisi

       Şagirdlərdə vətənə məhəbbət hislərini aşılamaq, Azərbaycanı gənc nəslə tanıtmaq, bu günkü vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, həmçinin, vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələnlərin qəhrəmanlığını tabloda tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədi ilə “QARABAĞA BÖYÜK QAYIDIŞ” adlı rəsm sərgisi təşkil edilmişdir. Sərgi məktəbin V-X sinif şagirdlərinin rəsm işlərindən ibarət hazırlanmışdır. Təsviri incəsənət müəllimi Pənahova Aybəniz sərginin təşkil edilməsində şagirdlərin fəal iştirak etdiyini qeyd etdi. Eyni zamanda qəlbi vətən qələbəsi, eşqi ilə döyünən hər bir istedadlı şagirdə yaradıcılıq uğurları arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi