Şəhidlər ölməz, Vətən bölünməz!

    Döyüşlərdə mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənin bölünməzliyinə imza atdılar.

İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla həlak olan məktəbin məzunu olmuş Rzayev Aslan Süleyman oğlu Füzuli rayonu uğrunda gedən döyüşlərdə, Mahmudov İbrahim Ağagül oğlu və Tağıyev Kamran Fikrət oğlu Tərtər rayonunda gedən döyüşlərdə qələbə soraqlı bayrağımızın Azərbaycanın işğal altında olan ərazilərində dalğalanması naminə canlarından keçdilər.

Xalqımız heç vaxt Vətən uğrunda canından keçmiş şəhid övladlarını unutmayacaq, onları əbədi qəlbində yaşadacaqdır!

Ruhunuz qarsısında baş əyirik əziz şəhidlərimiz! Qanınız yerdə qalmadı! Şəhidlərimizin canı-qanı bahasına, ordumuzun rəşadəti hesabına Azərbaycanın əzəli və əbədi torpaqları geri alındı.Biz sizinlə fəxr edirik!

Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

Yaralı olan əsgər və zabitlərimizə isə şəfa versin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi