Növbəti onlayn iclas keçirildi.
02.11.2020 ci il tarixində məktəb üzrə Pedaqoji şuranın onlayn iclası keşirilmişdir. İclasda məktəbin direktoru Esmira Məmmədova müəllimlərlə distant dərslərin keçirilmə qaydası, dərslərin başlama vaxtı, jurnalların yazılma qaydası, şagirdlərin onlayn dərslərə qoşulması barədə söhbətlər aparıb tapşırıqlar verdi. Esmira müəllim qeyd etdi ki artıq TEAMS proqramı ilə keçirilən dərslər həm məktəb rəhbərliyi, həm də Bakı şəhər Təhsil İdarəsi tərəfindən izləniləcək.Şagirdlərin davamiyyətinə nəzarət və dərslərə cəlb edilməsini tapşırdı. Qeyd etdi ki, distant dərslərə qoşulma ilə bağlı problem yaranarsa Virtual məktəbin saytına müraciət edə bilərlər. İclasın sonunda müəllimlərin sualları cavablandırıldı.