Valideynlər üçün COVİD-19 alovlanması müddətində davranışla bağlı məsləhətlər
Valideynlərə və qəyyumlara dünyadakı ən vacib işi görməkdə kömək etmək üçün ideyalar.
Tips for parenting during the coronavirus (COVID-19) outbreak
Koronavirus xəstəliyi (COVİD-19) pandemiyası dünyanın bir çox yerlərində ailələrin həyatını tamamilə dəyişib. Məktəblərin bağlanması, evdən işləmək, fiziki məsafə saxlamaq - bunları həzm etmək hər kəs, xüsusilə də valideynlər üçün çətindir. Biz valideynlərin bu yeni (müvəqqəti) həyat tərzini idarə etmələrinə kömək üçün bir qrup faydalı tövsiyələr hazırlamaq məqsədilə “Həyat boyu Sağlamlıq naminə Valideynlik” təşəbbüsü ilə bir araya gəldik.
Valideynlər üçün məsləhətlərə nəzər salın
1. Təkbətək vaxt
2. Pozitivliyi qorumaq
3. Planlaşdırmaq
4. Pis davranış
5. Sakitliyi qorumaq və stressi idarə etmək
6. COVID-19 barədə danışmaq
1. Təkbətək vaxt
İşə gedə bilmirsiniz? Məktəblər bağlanıb? Pul barədə narahatsınız? Stressli və gərgin hiss etməyiniz normaldır.
Məktəblərin bağlanması həm də azyaşlı və yeniyetmə övladlarımızla daha yaxşı münasibətlər qurmağa imkan verir. Təkbətək vaxt sərbəst və əyləncəlidir. Bu, uşaqların sevildiklərini hiss etmələrinə kömək edir və onlara önəmli olduqlarını göstərir.
Bu məsləhətləri [PDF format] endirin.
Hər bir uşaq üçün vaxt ayırın
Cəmi 20 dəqiqə və ya daha uzun ola bilər - özümüzdən asılıdır. Bunu hər gün eyni vaxta təyin etmək olar ki, uşaqların və yeniyetmələr həmin vaxtı səbirsizliklə gözləsinlər.
Uşağınızdan nə etmək istədiyini soruşun
Seçim imkanı onların özünəinamını artırır. Onların etmək istədiyi şey fiziki məsafə saxlamaq baxımından məqsədəuyğun deyilsə, bu, onlarla bu barədə danışmaq üçün fürsətdir.
Körpənizlə vaxt keçirmək üçün ideyalar
Onların üz ifadələrini və səslərini yamsılayın.
Mahnılar oxuyun, qazan və qaşıqlarla musiqi düzüb-qoşun.
Fincanları və ya kubikləri üst-üstə yığın.
Nağıl danışın, kitab oxuyun və ya birlikdə şəkillərə baxın.
Azyaşlı uşağınızla vaxt keçirmək üçün ideyalar
Kitab oxuyun və ya şəkillərə baxın.
Çöldə və ya evin ətrafında gəzintiyə çıxın.
Rəqs edin və ya mahnılar oxuyun!
Ev işlərini birlikdə görün - təmizlik və yemək bişirməyi oyuna çevirin!
Ev tapşırıqlarında kömək edin.
Yeniyetmə övladınızla vaxt keçirmək üçün ideyalar
Xoşladığı bir şey haqqında danışın: idman, musiqi, məşhurlar, dostlar.
Çöldə və ya evin ətrafında gəzintiyə çıxın.
Onların sevdiyi musiqinin müşayiəti ilə birlikdə idman edin.
Televizoru və telefonu söndürün. Onlara qulaq asın, onlara baxın. Bütün diqqətinizi onlara kökləyin. Əylənin!
2. Pozitivliyi qorumaq
Uşaqlarımız və ya yeniyetmə övladlarımız bizi dəlilik həddinə çatdıranda pozitivliyi qorumaq çətindir. Biz çox zaman dözməyib "Bəsdir, qurtar bunu!" deyirik. Lakin uşaqlar o zaman bizim dediklərimizi yerinə yetirməyə daha çox meylli olur ki, biz onlara pozitiv təlimatlar verir, düzgün etdikləri şeyə görə tərifləyirik.
Bu məsləhətləri [PDF format] endirin.
Nə cür davranış görmək istədiyinizi bildirin
Uşağınıza nəyisə etməyi deyəndə pozitiv sözlərdən istifadə edin; məsələn, "Zəhmət olmasa, paltarlarını yığışdır" ("Hər tərəfi dağıtma" əvəzinə).
Hər şey çatdırma tərzindən asılıdır
Uşağın üstünə qışqırmaq sizin və onların stressini və əsəbini daha da gücləndirəcək. Uşağın diqqətini çəkmək üçün adı ilə çağırın. Sakit tonla danışın.
Uşağınız özünü yaxşı aparanda tərifləyin
Azyaşlı və ya yeniyetmə övladınız nəyisə yaxşı edəndə, buna görə onu tərifləməyə çalışın. Onlar bunu göstərməyə bilər, lakin siz həmin yaxşı şeyi yenidən edəcəyini görəcəksiniz. Bu, onları sizin ona fikir verdiyinizə və diqqət yetirdiyinizə əmin edəcək.
Realist olun
Uşaq sizin ondan xahiş etdiyiniz şeyi həqiqətən edə bilərmi? Uşaq üçün bütün gün evin içində sakit dayanmaq çətindir. Amma ola bilər ki, siz telefonla danışarkən 15 dəqiqə sakit qala bilsinlər.
Uşağınızın digərləri ilə əlaqədə qalmasına kömək edin
Yeniyetmələrin dostları ilə ünsiyyətdə olmaq ehtiyacı xüsusilə yüksəkdir. Yeniyetmə övladınızın sosial media və digər təhlükəsiz məsafəli vasitələrlə əlaqədə olmasına kömək edin. Bu da sizin birlikdə edə biləcəyiniz bir şeydir!
3. Planlaşdırmaq
COVİD-19 bizim gündəlik iş, ev və məktəb rejimlərimizi əlimizdən alıb. Bu, həm uşaqlar, həm yeniyetmələr, həm də sizin üçün çətindir. Yeni rejimlər yaratmaq köməyinizə gələ bilər.
Bu məsləhətləri [PDF format] endirin.
Uyğunlaşdırıla bilən, lakin stabil gündəlik rejim yaradın
Özünüz və uşaqlarınız üçün qrafik hazırlayın. Bu qrafikdə həm planlaşdırılmış fəaliyyətlər, həm də asudə vaxt olmalıdır. Bu, uşaqların özlərini etibarlı əllərdə hiss etməsinə və daha yaxşı davranmasına kömək edə bilər.
Uşaqlar və yeniyetmələr gündəlik rejimi planlaşdırmağa kömək edə bilər - məsələn, dərs cədvəlinin hazırlanmasında. Uşaqlar qrafikin hazırlanmasına kömək etsələr, ona daha yaxşı əməl edəcəklər.
Hər gün üçün idman məşğələsi daxil edin - bu, stressi azaltmağa və evdə enerji dolu uşaqlarla məşğul olmağa kömək edir.
Uşağınıza təhlükəsiz məsafənin saxlanmasını öyrədin
Ölkənizdə qadağa yoxdursa, uşaqları çölə çıxarın.
Siz həmçinin adamlarla bölüşmək üçün məktublar yaza və şəkillər çəkə bilərsiniz. Digərlərinin görməsi üçün onları evin çölündən asın.
Uşağınızı sakitləşdirmək üçün təhlükəsizliyi necə təmin etdiyiniz barədə danışın.
Onların təkliflərinə qulaq asın və onları ciddiyə alın.
Əl yumağı və gigiyenanı əyləncəyə çevirin
Əlləri yumaqla bağlı 20 saniyəlik mahnı düzüb-qoşun. Hərəkətlər əlavə edin!
Uşaqlarınıza mütəmadi əl yuduqlarına görə xal verin və tərifləyin.
Üzümüzə ən az toxunmaqla oyun yaradın və ən az sayda toxunan üçün mükafat təyin edin (bir-birinizi saya bilərsiniz).
Uşaq öz davranışında sizdən nümunə götürür
Əgər siz özünüz təhlükəsiz məsafə və gigiyena qaydalarına əməl etsəniz və digərlərinə, xüsusilə xəstə və ya zəif olanlara empatiya ilə yanaşsanız, uşaqlarınız və yeniyetmə övladlarınız da bunu sizdən öyrənəcəklər.
Hər günün sonunda günün necə keçdiyi barədə danışmaq üçün vaxt ayırın. Uşağınıza bu gün onların etdiyi bir müsbət və ya əyləncəli şeyi deyin. Özünüzü də etdiyiniz yaxşı bir şeyə görə tərifləyin. Sizə afərin!
4. Pis davranış
Bütün uşaqların yaxşı davranmadığı vaxtlar olur. Uşaqların yorulması, acması, qorxması və ya müstəqilliyi öyrənməsi normaldır. Evdə qaldığımız müddətdə onların etdikləri bizi dəlilik həddinə çatdıra bilər.
Bu məsləhətləri [PDF format] endirin.
Diqqəti yayındırın
Pis davranışı erkən müəyyən edin və uşaqlarınızın diqqətini pis davranışdan yaxşı davranışa istiqamətləndirin.
Başlamamış dayandıra bilərsiniz. Onlar narahat davranmağa başlayanda, siz maraqlı və ya əyləncəli bir şeylər diqqətini yayındıra bilərsiniz: "Gəl, gedək çöldə gəzək!"
Pauza verin
Qışqırmağınız gəlir? Özünüzə 10 saniyəlik pauza verin. Beş dəfə nəfəs alıb-verin. Daha sonra sakit bir şəkildə cavab verməyə çalışın. Milyonlarla valideyn deyir ki, bu, çox kömək edir!
Cavab tədbirlərindən istifadə edin
Uşaqların etdiyi şeylərə görə cavab tədbiri onlara etdikləri şeyə görə məsuliyyətli olmağı öyrədir. Onlar həmçinin nəzarət altında intizam tədbirinə icazə verir. Bu, vurmaqdan və ya çığırmaqdan daha effektivdir.
Uşağınıza cavab tədbiri tətbiq etməzdən əvvəl onlara dediyinizə əməl etmək seçimi verin.
Cavab tədbirini görərkən, sakit qalmağa çalışın.
Cavab tədbirini qısamüddətli etməyə çalışın. Məsələn, uşağı bir həftəlik telefondan məhrum etmək çətindir. Lakin telefonu bir saatlıq almaq daha realdır.
Cavab tədbiri bitəndən sonra, uşağınıza yaxşı bir şey etmək imkanı verin və buna görə onu tərifləyin.
Təkbətək vaxt, yaxşı davranışa görə tərifləmək, stabil rejimlər pis davranışı azaldır. Azyaşlı və yeniyetmə övladlarınıza sadə işlər həvalə edin. Onlara edə biləcəkləri bir şey tapşırın və bunu edəndə onları tərifləyin!
5. Sakitliyi qorumaq və stressi idarə etmək
Stressli vaxtlardır. Özünüzün qeydinə qalın ki, uşaqlarınıza kömək edə biləsiniz.
Bu məsləhətləri [PDF format] endirin.
Siz tək deyilsiniz
Milyonlarla insan bizim kimi eyni qorxulara malikdir. Nələr hiss etdiyiniz barədə danışa biləcəyiniz birini tapın. Onlara qulaq asın. Sizi panikaya salan sosial şəbəkələrdən uzaq qalın.
Fasilə verin
Bizim hamımız bəzən fasiləyə ehtiyac duyuruq. Uşaqlarınız yatanda özünüz üçün əyləncəli və sabitləşdirici bir şey edin. Etməyi xoşladığınız sağlam fəaliyyətlərin siyahısını tutun. Siz buna layiqsiniz!
Uşaqlarınıza qulaq asın
Uşaqlarınızla açıq danışın və onlara qulaq asın. Uşaqlarınız sizdən onlara dəstək göstərməyinizi və onları sakitləşdirməyinizi gözləyəcək. Uşaqlarınız necə hiss etdiklərini bölüşəndə onları dinləyin. Onların necə hiss etdiklərini qəbul edin və təsəlli verin.
Pauza verin
Özünüzü stressli və narahat hiss edərkən edə biləcəyiniz bir dəqiqəlik sakitləşdirici fəaliyyəti aşağıda təqdim edirik.
1-ci addım: Hazırlaşın
Rahat oturun, ayaqlarınızı döşəmənin üstündə düz uzadın, əlilinizi dizinin üstünə qoyun.
Rahatsınızsa, gözlərinizi yumun.
2-ci addım: Düşünün, bədəninizi hiss edin
Özünüzdən soruşun: "İndi nə düşünürəm?"
Düşüncələrinizə fikir verin. Onların müsbət, yoxsa mənfi olduğuna fikir verin.
Hansı emosiyaları hiss etdiyinizə fikir verin. Hisslərinizin xoşbəxt olub-olmadığına fikir verin.
Bədəninizin necə hiss etdiyinə fikir verin. İncidən və ya gərgin olan hər hansı bir şeyə fikir verin.
3-cü addım: Nəfəsinizə köklənin
Nəfəs alıb-verdikcə, nəfəsinizə qulaq asın.
Əlinizi qarnınıza qoyub, hər dəfə nəfəs alıb-verəndə onun qabarıb-çəkilməsini hiss edin.
Özünüzə deyə bilərsiniz: "Hər şey yaxşıdır. Nə olur-olsun, mən yaxşıyam."
Sonra sadəcə bir müddət nəfəsinizə qulaq asın.
4-cü addım: Qayıdın
Bütün bədən hissiyyatınıza fikir verin.
Otaqdakı səsləri dinləyin
5-cü addım: Refleksiya
Düşünün: "Ümumiyyətlə, bayaqkından fərqli hiss edirəm?"
Hazır olanda, gözlərinizi açın. Uşaqlarınızla açıq danışın və onlara qulaq asın. Uşaqlarınız sizdən onlara dəstək göstərməyinizi və onları sakitləşdirməyinizi gözləyəcək. Uşaqlarınız necə hiss etdiklərini bölüşəndə onları dinləyin. Onların necə hiss etdiklərini qəbul edin və təsəlli verin.
Uşağınız sizi əsəbləşdirdikdə və ya nəsə səhv bir şey edəndə də pauza vermək faydalı ola bilər. Bu, sizə sakitləşmək imkanı verir. Hətta bir neçə dəfə dərin nəfəs almaq və altınızdakı döşəmə hissini xatırlamaq fərq yarada bilər. Uşaqlarınızla birgə də pauza verə bilərsiniz!
6. COVID-19 barədə danışmaq
Danışmağa meylli olun. Onlar artıq bəzi şeyləri eşitmiş olacaqlar. Səssizlik və sirlər uşağınızı qorumur. Amma dürüstlük və açıqlıq qoruyur. Onların danışacaqlarınızın nə qədərini başa düşəcəyi barədə düşünün. Onları ən yaxşı siz tanıyırsınız.
Bu məsləhətləri [PDF format] endirin.
Açıq danışın və dinləyin
Uşağınızın sərbəst danışmasına imkan verin. Onlara açıq suallar verin və artıq nə qədər bildiklərini öyrənin.
Dürüst olun
Onların suallarına hər zaman doğru cavab verin. Uşağınızın neçə yaşında olduğunu və nə qədər başa düşdüyü barədə düşünün.
Dəstəyə meylli olun
Uşağınız qorxa və ya fikirləri qarışmış ola bilər. Özlərini necə hiss etdiklərini bölüşmələrinə imkan yaradın və onların yanında olduğunuzu bildirin.
Cavabları bilməmək də normaldır
Deyə bilərsiniz ki, "Biz bunu bilmirik, lakin üzərində işləyirik; və ya biz bunu bilmirik, lakin düşünürük." Bu fürsətdən istifadə edərək uşağınızla bərabər yeni bir şey öyrənin!
Bullinq törədənlər yox, qəhrəmanlar
Başa salın ki, COVİD-19 insan görünüşü, haradan gəlməsi, yaxud hansı dildə danışması ilə heç bir formada əlaqəli deyil. Uşağınıza deyin ki, onlar xəstə olan və onlara qayğı göstərənlərə mərhəmət hiss edə bilərik. Alovlanmanın dayandırılması üçün səy göstərən və xəstə insanlara qulluq edən insanların hekayələri barədə məlumatlar əldə edin.
Ətrafda çoxlu hekayələr baş verir
Bəziləri doğru olmaya bilər. UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının saytları kimi etibarlı saytlardan istifadə edin.
Yaxşı şərhlə bitirin
Uşağınızın yaxşı olub-olmadığını yoxlayın. Onlara xatırladın ki, onların qeydinə qalırsınız və onlar istənilən vaxt sizinlə danışa bilərlər. Daha sonra əyləncəli nəsə edin!
Valideynlər üçün bu məsləhətlər “Həyat boyu Sağlamlıq naminə Valideynlik” təşəbbüsü çərçivəsində hazırlanıb.