Onlayn iclas keçirildi
Məktəbin direktoru Esmira Məmmədovanın başçılığı ilə hazırki mövcud vəziyyətlə əlaqədar müəllimlərlə pedaqoji şuranın onlayn iclası keçirildi. Esmira müəllim öz çıxışında müvəqqəti çətinliklə əlaqədar müəllimləri səbrli olmağa çağırdı və onlara onlayn sistemlə dərs keçməyi tapşırdı və Virtual məktəblə bağlı tövsiyyələrini verdi. Məktəb kollektivi də çıxış edərək şagirdlərin təhsildən yayınmamaqları üçün əllərindən gələni əsirgəmədiklərini bildirdilər.