Ümumlli lider Heydər Əliyevin anadan olmasının 93 cü ildönümü ilə bağlı silsilə tədbirlərdən dəyirmi masa
Məktəbdə ümumilli lider, ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə dəyirmi masa kecirilib. Məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Süleymanova Rəna məruzə ilə çıxış edib.O çıxışında qeyd etdi ki,tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayırlar.Zaman ötdükcə onların xalqı və vətəni üçün etdikləri daha çox nəzərə çarpır. Azərbaycanın 1970 ci illərdən başlayan inkişafı, uğurları və yüksəlişi ümumilli liderimiz, müdrik zəka sahibi Heydər Əliyevin adı ilə bağlıdır.Heydər Əliyev Azxərbaycana rəhbərliyinin bütün dövrlərində öz xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub -yaratmaq amalı ilə yaşamışdır.Özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma Azərbaycanı düşünmüş, onun üzləşdiyi fəlakıtlərdən xilas etmək üçün böyük fədakarlıq göstərmişdir.Bu gün biz hamımız qüdrətli , müstəqil Azərbaycan dövləti üçün ulu öndərimizə borcluyuq. Dəyirmi masanın digər iştirakçıları da mövzuya öz münasibətlərini bildirdilər.