Məktəbdə "Mən və mənim şəxsi gigiyenam" adlı açıqca müsabiqəsi keçirilib
Aprel ayı ərzində məktəbdə "Mən və mənim şəxsi gigiyenam " adlı ən yaxşı açıqca müsabiqəsi keçirilib. Bu müsabiqəyə uyğun olaraq şagirdlər gigiyena qaydaları ilə məlumatlandırılmışdır. Bu məlumatlar əsasında ibtidai sinif şagirdləri açıqcalar hazırlamış və müəyyən olunmuş vaxtda müsabiqə təşkilatçısına təqdim etmişdir. Təqdim olunan açıqcalar içərisində ən yaxşıları seçilmiş və həmin şagirdlərə məktəb direktoru tərəfindən həvəsləndirici sertifikatlar verilmişdir.