Xocalı soyqırımı qurbanlarının abidəsi önünə yürüş
Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 28-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib.Ümumxalq yürüşünün məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Yürüşdə məktəb rəhbərliyi ilə yanaşı müəllimlər də iştirak edərək Xocalı soyqırımı qurbanlarının abidəsi önünə tər çiçəklər düzdülər.